- Baxış sayı: 36
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Kaxaber Tsxadadze Azərbaycan çempionatlarının tarixinə yüksək dəstədə üç fərqli klubda çalışan ilk legionçu baş məşqçi kimi düşüb.
Allsport.az xəbər verir ki, 2008-ci ildə “Standard”, 2009-15-ci illərdə “İnter”i (indiki “Şamaxı”) çalışdırmış gürcüstanlı mütəxəssis “Qəbələ”də debüt edib.
Onun debütü “Qarabağ”la XXIII turdan təxirə salınmış matça təsadüf edib. Tsxadadzenin yetirmələri 0:4 hesabı ilə uduzublar.
O, 3204 gündən sonra premyer liqaya qayıtmaqla bu rekorda imza atıb. Tsxadadzenin “İnter”dəki son matçı 2015-ci il mayın 22-də “Qarabağ”a qarşı olub – 2:1.
Qeyd edək ki, 4 legioner baş məşqçi premyer liqada iki fərqli kluba rəhbərlik edib. Bunlar Cüneyt Biçər (“Bakı”, “Xəzər Lənkəran”), Rasim Kara (“Xəzər Lənkəran”, “Bakı”), Qyoko Hacıyevski (“Bakı”, “Simurq”) və Kemal Alispahiçdir (“Muğan”, “Rəvan”).