“Tülkülər”də ayrılıq

Vilil Kirk “Lester”in qadınlardan ibarət komandasının baş məşqçisi vəzifəsindən azad edilib.

Allsport.az xəbər verir ki, 45 yaşlı mütəxəssisin qovulmasına səbəb kimi onun davranış kodeksini pozması göstərilir. Klub daxili araşdırma apararaq Kirkin komandanın adı açıqlanmayan oyunçusu ilə münasibətdə olduğunu müəyyən edib.

Kirk 2022-ci ildən “Lester Vumen”də əvvəlcə idman direktoru, sonra isə həmin ilin noyabr ayından baş məşqçi kimi çalışıb.

Həmin kateqoriyadan