- Baxış sayı: 99
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
“Kəpəz”in kapitanı Tural Axundov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Gəncə klubunun futbolçusu 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyun gərgin keçdi. Stadionun ot örtüyünün yaxşı olmaması bundan da yaxşı oynamağımıza mane oldu. “Kəpəz” yarış cədvəlində tutduğu yerə layiq deyil. Əminəm ki, üçüncü dövrədə irəliləməyə nail olacağıq”.