- Baxış sayı: 29
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 99
- Noyabr 25, 2024
- 0
Topaz Premyer Liqasının 14-cü turunda “Kəpəz” Gəncədə “İnter”i qəbul edəcək. Allsport.az xəbər verir ki, “sarı-göylər” qarşıdakı oyuna ciddi hazırlaşıblar və heyətdəki futbolçular matçın əhəmiyyətini yaxşı başa düşürlər.
Bunu klub saytına açıqlamasında komandamın futbolçusu Tural Nərimanov da təsdiqləyib: “Ötən tur xal itirdik, ona görə çalışacağıq ki, qarşıdakı oyunda bunu sığortalayaq. Qələbə turnir cədvəlində yerimizi yaxşılaşdıra bilər. Daha üst pillələrə çıxa bilərik. Sabahkı oyun bizim üçün çox önəmlidir. Nəyin bahasına olur-olsun, qələbə qazanmalıyıq. İnanıram ki, qarşıya qoyulan vəzifənin öhdəsindən gələ biləcəyik”.
Premyer Liqanın 13-cü turunda “Qarabağ”a qarşı görüşdə müdafiəçi start heyətində oyuna başlamış və əvəzedilmədən sona kimi oynamışdı. Nərimanov “İnter”lə görüşdə də məşqçilər korpusundan şans gözləyir: “Sonuncu matçımızda baş məşqçimiz mənə oynamaq şansı verdi. Xeyli müddət idi ki, oynamırdım. Şahin Diniyev yenə şans versə, meydanda əlimdən gələni edəcəyəm ki, komandamız qalib gəlsin. Əslində kimin oynamasının fərqi yoxdur, əsas olan qələbə qazanmaqdır”.
Tural Nərimanov klub saytı vasitəsi ilə azarkeşlərə də səslənib: “Gəncədə keçirdiyimiz ev oyunlarında tribunalar demək olar ki, dolu olur. Azarkeşlər bizi lazımınca dəstəkləyirlər. Düşünürəm ki, “İnter”lə oyunda da belə olacaq. “Kəpəz”i görüşün sonuna kimi dəstəkləyəcəklər. Fanatlar komandanı qələbəyə ruhlandırırlar, gücümüzə güc qatırlar”.