“Tural qolu vursaydı, indi bu media otağında pivə iyini hiss etməzdik”

Bu gün Azərbaycan millisi Avro-2024-ün seçməsində Bakıda Avstriya yığmasına 0:1 uduzdu. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında baş məşqçimiz Canni de Byazi bunu söylədi:

“Yaxşı oyun keçirdik. Düzdür, ilk hissədə elə də bacarıqlı deyildik, amma 2-ci yarıda çox fəal idik. Erkən qol buraxsaq da, ruhdan düşmədik.

Son dəqiqələrdə Tural Bayramov yüz faizlik fürsəti qaçırdı. O, matçın ən yaxşısı idi. Əgər qolu vursaydı, indi bu media otağında pivə iyini hiss etməzdik”.

Rəqib baş məşqçi Ralf Ranqnikin mətbuat konfransının gedişində Avstriya seçməsinin bir neçə futbolçusu əlində “Xırdalan” pivəsi qəfil otağa daxil olaraq, onu masada əyləşənlərə fısqırtdılar, qələbəni kameralar önündə qeyd etdilər.

Həmin kateqoriyadan

azenrutr