- Baxış sayı: 12
- 27 Noyabr 2024 10:32
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
“Kəpəz” çempionatın ilk dövrəsinin yekunlarına əsasən, 8-ci pillədə yer alıb. Allsport.az saytı xəbər verir ki, komanda geridə qalan 7 oyundan sonra turnir cədvəlinin sonuncusudu. Gəncə klubu 1 matçda heç-heçə etməklə 5 görüşdə uduzub və cəmi 1 dəfə qələbə qazanıb. Əvvəlki iki mövsümlə müqayisədə Nizami yurdunun təmsilçisi üçün premyer liqanın startı uğursuz alınsa da, son turda “sarı-göylər” möhtəşəm qələbə ilə hamıya ümid verib. Elə “Kəpəz”in üzvü Tural Rzayev də bu fikirdədir:
“Çempionata çox yaxşı hazırlaşmışdıq. Bizim üçün ölkə xaricində təlim-məşq toplanışı təşkil olunmuşdu. Amma Premyer Liqaya istədiyimiz kimi başlaya bilmədik. Ardıcıl oyunlarda uduzduq. Bunun da səbəbkarı biz futbolçularıq. Çünki komandaya yaradılan şəraitin fonunda inamı doğrulda bilmədik. Sadəcə, oyunumuz biz istədiyimiz kimi alınmadı.
Bununla belə sonuncu turda “Qəbələ” səfərində qazandığımız qələbə bizim üçün əla oldu. Əhval-ruhiyyəmiz düzəldi, bir az özümüzə gəldik, komandaya münasibət dəyişdi. Göstərdik ki, istənilən rəqiblə oynaya bilərik, yalnız gücümüzü toplamalıyıq. Bu qələbə “Kəpəz”ə təkan olacaq. Fasilədən sonra daha yaxşı oynaya biləcəyik”.