- Baxış sayı: 22
- 29 Mart 2026 14:51
- Baxış sayı: 25
- Mart 29, 2026
- 0

Hücumçu Markus Turam çərşənbə axşamı Milana gedəcək.
Allsport.az xəbər verir ki, səfərdə məqsəd “İnter”ə keçidi başa çatdırmaqdır. 25 yaşlı fransalı tibbi müayinədən keçəcək və Milan təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq.
Daha əvvəl Turamın ildə 6-6,5 milyon avro alacağı bildirilirdi.
Futbolçu Münxenqladbax “Borussia”sı ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi “İnter”ə keçəcək.
Turam ötən mövsüm “Borussiya”nın heyətində bundesliqada 30 oyun keçirib, 13 qol vurub və 6 məhsuldar ötürmə verib.