- Baxış sayı: 27
- 06 Fevral 2026 10:17
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

Azərbaycan premyer liqasının XX turunun ilk oyununda “Turan Tovuz” “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib.
Allsport.az xəbər verir ki, meydan sahiblərinin iki qoluna imza atan Luis Paçu özünün mövsümdəki ilk dubluna imza atıb.
Braziliyalı hücumçu cari çempionatda bunu bacaran yubiley – 10-cu futbolçudur. Luis “Turan Tovuz”un heyətində dubla imza atan ikinci oyunçudur. Onadək Martin Petkov da bir matçda iki qol vurub.
Tovuz klubu bu göstəricidə “Qarabağ”la “Səbail”ə çatıb. Hər üç klubun heyətində iki futbolçu dubl müəllifi olub.
“Araz-Naxçıvan”, “Sabah”, “Kəpəz” və “Qəbələ”nin bir üzvü bunu bacarıb. “Neftçi”, “Sumqayıt” və “Zirə”nin futbolçuları isə dubla imza ata bilməyib.