- Baxış sayı: 24
- 26 Noyabr 2024 18:52
- Baxış sayı: 43
- Noyabr 26, 2024
- 0
Allsport.az xəbər verir ki, “Turan Tovuz” Azərbaycan premyer liqasında ilk böyükhesablı qələbəsini qazanıb. Debütantın ilk uğuru 33-cü tura təsadüf edib. Ayxan Abbasovun komandasaı “Neftçi”ni 4:0 hesabı ilə məğlubiyyətə uğradıb. Tovuz klubu həm də ilk dəfə bir matçda 4 qol vurub.
Bu görüşdə 3 qola imza atan Runi Eva het-trik edib. O, “Turan Tovuz”un tarixinə premyer liqada ilk het-trikin müəllifi kimi düşüb.
Runi həm də Azərbaycan çempionatları tarixində bir oyunda 3 qol vuran ilk kamerunludur. O, Afrika qitəsindən olan legionerlərin 8-ci het-trikinə imza atıb. Runiyə qədər 6 afrikalı 7 matçda hərəyə üç qol vurub. Əhməd Ticani 2, digərləri 1 het-trikə sevinib.
Cari mövsümdə ikinci dəfə bir futbolçu matçda 3 qol vurub. Runiyə qədər buna Emin Mahmudov nail olub. “Neftçi”nin üzvü “Səbail”lə 15-ci turun qarşılaşmasında het-trik edib.