- Baxış sayı: 20
- 26 Noyabr 2024 22:21
- Baxış sayı: 54
- Noyabr 26, 2024
- 0
Futbolçu olmaq arsuzu olan 11 yaşlı Uğur Seyidəliyev “Turan Tovuz”un əsas komandasının məşqinə dəvət olunub. Allsport.az saytı xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən və müalicə üçün Rusiyaya yollanacaq yeniyetmə bölgə təmsilçisinin çalışmalarında iştirak edib.
Məşqçi və futbolçu heyyəti ilə tanış olan Uğura klubumuzun forması, şərfi və top həddiyə olunub. Növbəti ev oyununda “Uğur bizim olsun!” adlı xeyriyyə aksiyası təşkil olunacaq və əldə olunacaq gəlir Uğurun müalicəsinə sərf olunacaq. Aksiya haqqda ətraflı məlumat veriləcək.