- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Allsport.az xəbər verir ki, “Turan ovuz” Martin Detelinov Petkov transfer edib. Bolqarıstanlı futbolçu ilə 2 illik rəsmi müqavilə bağlanıb.
Sofiya “Levski”sinin yetirməsi olan hücumçu son olaraq vətənində “Septemvri”nin şərəfini qoruyub. O, karyerası ərzində “Slaviya” (Bolqarıstan), “Çernomorets” (Ukrayna) klublarının da formasını geyinib. Martin Petkov Bolqarıstanın 21 yaşlılardan ibarət milli komandasının heyətində 11 oyun keçirib.