“Turan Tovuz”un yeni transferi ilkin təəssüratlarını bölüşüb

Allsport.az xəbər verir ki, 26 yaşlı yaşlı yarımmüdafiyəçi Divine Naah deyib:

“İlk öncə yüksək səviyyəli qarşılamaya görə hər kəsə təşəkkürümü bildirirəm. Qısa müddət ərzində özümü bu mehriban kollektivin bir parçası kimi hiss etdim. Karyeramda yüksəliş olmasını istəyirəm. Bunun üçün də mütləq meydana çıxmalıyam. “Turan Tovuz”a faydalı olacağıma inanıram. Formamı tam bərpa etmək, komandama kömək etmək üçün səylə çalışıram. Azərbaycan haqqında kifayət qədər məlumatım var idi. Burada çıxış etmiş bir çox dostlarım var. Gəlməmişdən öncə onlarla da söhbət emişdim. “Turan Tovuz” forması ilə meydana çıxmaq üçün səbrsizlənirəm”.

Həmin kateqoriyadan