- Baxış sayı: 50
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
“Avronyus” televiziyası Formula-1 Qətər hava yolları Azərbaycan qran prisinə reportaj yayımlayıb. Allsport.az saytı xəbər verir ki, Bakı şəhər halqası əməliyyat şirkətinin baş direktoru Maqsud Fərzullayev mötəbər idman yarışına hazırlıqlarla bağlı televiziyaya müsahibə verib.
“Formula 1 qlobal miqyasda genişlənən və inkişaf edən bir idman növüdür. Bu yarışa ev sahibliyi etmək ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, həm də ona böyük iqtisadi imkanlar qazandırır. Turizmdən əldə edilən gəlirlər, xarici qonaqların şəhərə olan marağı və iqtisadiyyata verdiyi töhfə 2016-cı ildən bəri hər il daha artmaqdadır“- deyə, o bildirib.
Reportajda yarış həftəsində paytaxt Bakıda böyük sayda turist axını və azarkeş kütləsinin gözlənildiyi, ötən illə müqayisədə tribunaların tutumunun 35 faiz artdığı vurğulanıb.
“Avronyus”da 13-15 sentyabrda baş tutacaq Bakı yarışının təşkilində 1500-ə yaxın əməkdaşın, 2000 könüllü və 1400-dən çox marşalın cəlb olunması, şəhərdəki otellərin tam tutumu faktı, Bakı halqasının ərsəyə gəlməsində istifadə olunan ən son texniki yeniliklərin tətbiqi, yol infrastrukturundakı müsbət dəyişikliklər, təhlükəsizlik və ətraf mühitin qorunması məsələləri də yer alıb.