- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Türk əsilli futbolçusu Ozan Can Köycü U-21 millimizdən imtina edib. Allsport.az saytı xəbər verir ki, o bu barədə qərarını “İnstaqram”da şəxsi hesabından paylaşıb:
“Yenicə aldığım bir qərarı sizinlə paylaşmaq istəyirəm. Bildiyiniz kimi, bir türk vətəndaşı olaraq irqimiz və qanımızdan olan Azərbaycan milli komandasının formasını geyinməyə qərar verdim və bundan qürur duydum. Lakin son zamanlar bəzi olaylar məni düşündürdü və belə bir qərar verdim.
Məncə, milli komandalarda oynayan futbolçular o məmləkətin cəfasını çəkənlər, burada burada doğulub-böyüyənlər və ya özünü o məmləkətin insanı hiss edənlər olmalıdır. Mən də bu ölkədəki futbolçu dostlarıma haqsızlıq etdiyimi düşünərək Azərbaycan milli komandasından əffimi istəyirəm. Mənim yerimə oynayacaq dostlarıma könüldən uğurlar arzulayıram. Ürəyim sizinlədri!”
Qeyd edək ki, sözü gedən futbolçu “Bursaspor”da millimizin digər Türkiyə əsilli üzvü Dəniz Yılmazın komanda yoldaşıdır.