- Baxış sayı: 24
- 10 Aprel 2025 18:35
- Baxış sayı: 29
- Aprel 10, 2025
- 0
“Beşikdaş”ın futbolçusu Burağ İlmaz Çinin “Beyçzin Qoan” klubundakı karyerasından danışıb. Allsport.az xəbər verir ki, Türkiyə millisinin üzvü Çin mətbəxi barədə maraqlı fikirlər səsləndirib:
“Çində nələr yeyirlər, nələr. Çox maraqlıdır, qəribə şeylər yeyirlər. Bir gün maraqlı gəldi və bazarlarına getdim. Gördüklərimdən sonra şok oldum. İnsanlar oruc tutur, ona görə hər şeyi açıq demək istəmirəm. Çox qəribə şeylər yeyirlər, koronavirusun oradan çıxması normaldır. Yemək-içməyə limit yoxdur.
Xüsusi heyvan restoranları var. Restoranlarda it əti yeyirlər. Bu, onların mədəniyyətində normal qəbul edilir. İti kəsməmişdən əvvəl vəhşicəsinə döyürlər ki, əti dadlı olsun. Mənim aşpazım, sürücüm, həkimim var idi. Əks halda, Çində uğur qazana bilməzdim”.