- Baxış sayı: 8
- 05 Dekabr 2025 15:59
- Baxış sayı: 65
- Dekabr 05, 2025
- 0

Türkiyə super liqasında bu mövsüm aşağı liqaya düşən klub olmayacaq. Allsport.az xəbər verir ki, bu barədə federasiya qərar verib.
Yeni mövsüm çempionatda 21 komanda mübarizə aparacaq. 2020/21 mövsümünün sonunda super liqanı 4 klub tərk edəcək. 2021/22 mövsümündə isə çempionatda 20 komanda yarışacaq.
Bu qərardan sonra “Ankaragücü”, “Yeni Malatyaspor” və “Kayserispor” çempionatda qalıb.
Bundan əlavə, federasiya əcnəbi limitini ləğv edib. Qərara əsasən, limit 2021/22 mövsümündən qüvvəyə minəcək.