- Baxış sayı: 30
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 15
- Dekabr 05, 2025
- 0

“Qalatasaray” 2023/24 mövsümündə Türkiyə çempionu olub.
Allsport.az xəbər verir ki, turnirin qalibi final turunda müəyyənləşib. “Fənərbağça”nı 3 xal qabaqlayan “Qalatasaray” “Konyaspor”u 3:1 hesabı ilə məğlub edərək azarkeşlərini üzməyib. Qaliblərin heyətində hücumçu Mauro İkardi dubla imza atıb.
“Fənərbağça” “İstanbulspor”u 6:0 hesabı ilə məğlub edərək, əlindən gələni etsə də, mövsümü ikinci başa vurub. “Trabzonspor” bürünc medal qazanıb, “Beşiktaş” isə 5-ci olub.
“Qalatasaray”ın topladığı 102 xal Türkiyə çempionatları tarixində rekord nəticədir.