- Baxış sayı: 113
- 20 Mart 2026 23:43
- Baxış sayı: 144
- Mart 19, 2026
- 0

Türkiyə çempionatında legionçu limiti dəyişdirilib.
Allsport.az xəbər verir ki, 2024/25 mövsümündən həm super liqa, həm də 1-ci liqada yeni limit tətbiq olunacaq. Bu qaydalar növbəti 5 il üçün etibarlı olacaq.
Super liqada hər komanda indiki kimi 14 deyil, daha az – ilk üç mövsümdə 12, sonrakı iki çempionatda 11 legionçu iştirak ərizəsinə daxil edə biləcək. 1-ci liqada klublar indiki kimi 8 deyil, 6 legionçu sifariş etmək hüququna malı olacaq. Bu rəqəm 3 ildən sonra 5-ə endiriləcək.
Qeyd edək ki, hər iki liqada ümumi futbolçu sayı da azalacaq. Ümumilikdə hər komanda 30 deyil, 26 oyunçu sifariş etmək hüququna malik olacaq.