- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

“Qalatasaray” “Napoli”nin hücumçusu Viktor Osimheni transfer edib.
Allsport.az xəbər verir ki, nigeriyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
İstanbul təmsilçisi Osimhen üçün qarşı tərəfə 75 milyon avro ödəyib. Bu, Türkiyə çempionatının yeni rekordu olub. Əvvəlki rekord ötən ilin yayında “Fənərbağça”ya 19,5 milyon avroya “Sevilya”dan keçən Yusif Ən-Nəsiriyə məxsus idi.
26 yaşlı oyunçu ötən mövsümü icarə əsasında “Qalatasaray”da keçirib. O, 41 oyun keçirib, 37 qol vurub və 8 məhsuldar ötürmə edib.