Türkiyə gənclər və idman naziri: “Azərbaycanın dəstəyilə millimiz zəfər qazanacaq”

Türkiyənin gənclər və idman naziri Məhməd Məhərrəm Qəssaboğlu ölkəsinin yığmasıyla bağlı proqnozunu açıqlayıb. Allsport.az xəbər verir ki, o, komandadan AÇ-2020-nin final mərhələsində həlledici qarşılaşmaya vəsiqə gözlədiyini deyib:

“Milli komandamızın AÇ-2020-nin seçmə mərhələsində zəfəriylə iddiamız artdı. Mən millimizin final raundunda Azərbaycan xalqının dəstəyilə qrup səddini keçəcəyinə, hətta “Uembli”də final oynayacağına inanıram.

Bizim üzərimizə düşən bu yolda millətimizə hərtərəfli kömək etməkdir. Hamımız milli komandaya sahib çıxmalı, uğurların davamı üçün bütün varlığımızı sərf etməliyik”.

Həmin kateqoriyadan