Türkiyə klubu başsız qaldı

Türkiyənin “Kasımpaşa” komandasının baş məşqçisi Cihad Arslan istefaya göndərilib.

Allsport.az xəbər verir ki, bu barədə superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Bu mövsüm keçirdiyi 10 oyunda cəmi 6 xal toplamış komanda, son 3 oyunundan məğlubiyyətlə ayrılıb. Bu üzdən də klub rəhbərliyi cari mövsümdə 2-ci dəfə baş məşqçi istefasına əl atıb.

“Qasımpaşa” bu mövsüm superliqada baş məşqçisini istefaya göndərən ilk klub idi. Bu komanda hələ ilk turdan sonra Şənol Can ilə yollarını ayırmış, onun əvəzində bu posta Cihad Arslanı gətirmişdi. Komanda bu mütəxəssisin rəhbərliyi altında 9 oyuna çıxıb, 1 qələbə qazanıb, 2 heç-heçə edib, 6 məğlubiyyətlə üzləşib.

Həmin kateqoriyadan