- Baxış sayı: 7
- 28 Noyabr 2024 14:46
- Baxış sayı: 47
- Noyabr 28, 2024
- 0
Türkiyənin “Hatayspor” klubuna transfer qadağası qoyulub.
Allsport.az xəbər verir ki, transfer qadağasının qoyulmasına klubun sabiq futbolçusu David Akintolaya olan 100 min avroluq borc səbəb olub.
Qadağa yalnız bu məbləğ tam ödənildikdən sonra aradan qaldırılacaq.
Akintola 2020/2021-ci il mövsümündə “Hatayspor”da çıxış edib. Nigeriyalı yarımmüdafiəçi iyulda “Adana Dəmirspor” klubuna keçib.