- Baxış sayı: 19
- 01 Aprel 2026 11:55
- Baxış sayı: 800
- Mart 30, 2026
- 0

Türkiyə millisinin və “Qalatasaray”ın canlı əfsanəsi Xaqan Şükür ölkəmizə dəstək nümayiş etdirib. Allsport.az saytı xəbər verir ki, ünlü futbolçu Feysbuk hesabında bunu yazıb:
“Ermənistanın, qardaş ölkəmiz Azərbaycanın Gəncə və Mingəçevirdəki mülki yaşayış məntəqələrinə hücumunu qınayıram. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılarımıza şəfa, azərbaycanlı qardaşlarımıza başsağlığı diləyirəm. Azərbaycan, səninləyik”.