Türkiyə seçməsinə 28 futbolçu dəvət olundu

Türkiyə komandasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Gürcüstan və İspaniya yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

Allsport.az xəbər verir ki, baş məşqçi Vinçentso Montella yığmaya 28 futbolçu çağırıb.

Qapıçılar: Altay Bayındır (“Mançester Yunayted”), Bərkə Özər (“Lill”), Mərt Günok (“Beşikdaş”, Türkiyə), Uğurcan Çakır (“Trabzonspor”).

Müdafiəçilər: Əbdülkərim Bardaqçı, Ərən Almalı (hər ikisi “Qalatasaray”), Mərt Müldür, Çağlar Söyüncü, Yusif Ağçiçek, (hər üçü “Fənərbağça”), Fərdi Kadıoğlu (“Brayton”), Mərih Dəmiral (“Əl-Əhli”), Səməd Ağaydın (“Çaykur Rizəspor”), Zəki Çəlik (“Roma”).

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu (“İnter”), İsmayıl Yüksək (“Fənərbağça”), Kaan Ayxan (“Qalatasaray”), Orkun Kökçü, Dəmir Əgə Tiknaz (hər ikisi “Beşikdaş”), Salih Özcan (“Borussiya Dortmund”).

Hücumçular: Arda Gülər (“Real Madrid”), Barış Alpər Yılmaz, Yunis Ağgün (hər ikisi “Qalatasaray”), Can Uzun (“Ayntraxt Frankfurt”), Dəniz Gül (“Portu”), İrfan Can Qəhvəçi, Oğuz Aydın (hər ikisi “Fənərbağça”), Kənan Ulduz (“Yuventus”), Kərəm Ağtürkoğlu (“Benfika”).

Türkiyə millisi sentyabrın 4-də Tbilisidə Gürcüstanla, 7-də isə Konyada İspaniya ilə qarşılaşacaq.

Həmin kateqoriyadan