- Baxış sayı: 37
- 30 Mart 2026 21:25
- Baxış sayı: 334
- Mart 30, 2026
- 0

“Neftçi”nin futbolçusu Mərd Çəlik Türkiyə klublarının maraq dairəsinə düşüb. Allsport.az saytı xəbər verir ki, millinin üzvü ilə superliqada “Fateh Qaragümrük” və “Qaziantəp” yaxından maraqlanır.
Onların 21 yaşlı oyunçunun müqavilə ilə məxsus olduğu “Başağşəhər”ə təklif göndərdiyi bildirilib. Hətta “Fənərbağça” və “Qalatasaray”ın da futbolçu ilə maraqlandığı vurğulanıb.
Bu klublarının hamısı onu yeni mövsüm üçün transfer etmək istəyirlər.”Neftçi” 2020-ci ilin sentyabrında Mərdi cari mövsümünün sonuna kimi icarəyə götürüb.