- Baxış sayı: 55
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 134
- Dekabr 19, 2025
- 0


Çimərlik futbolu üzrə Azərbaycan millisi sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək. Allsport.az saytı xəbər verir ki, hazırlıq çərçivəsində yoldaşlıq oyunları keçiriləcək.
Toplanış oktyabrın 4-dən 15-dək İspaniyanın Kadis şəhərində dünya çempionatının seçməsinə hazırlıq xarakteri daşıyır. “A” qrupunda bizimkilər meydan sahibi, İngiltərə və Gürcüstan ilə mübarizə aparacaq. Milliyə dəvət edilən oyunçuların siyahısını diqqətinizə çatdırırıq:
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov;
Oyunçular: Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Rüfət Məmmədli, Bayram Bayramlı.