Türkiyəli ədalət təmsilçisi RFİ-də çalışacaq

FİFA və UEFA-nın keçmiş referisi Cüneyt Çaxır Rusiya futbol ittifaqına (RFİ) qatılıb.

Allsport.az xəbər veirr ki, RFİ prezidenti yanında ekspert-hakimlər komissiyasının yenilənmiş tərkibinə Çaxırdan başqa hakimlər şöbəsinin müdiri Milorad Maçiç, FİFA təlimatçısı Rövşən İrmatov, FNL hakimlər meneceri Nikolay İvanov, hakimlər komitəsinin rəhbəri Pavel Kamantsev (səsvermə hüququ olmadan) daxil edilib.

46 yaşlı Çaxır 2006-cı ildə FİFA referisi kateqoriyasını alıb. 2014 və 2018 dünya kuboklarında çalışıb. O, ÇL-in final matçını idarə edən yeganə türkiyəli hakimdir. 

2022-ci ildə Çakır hakimlik karyerasını başa vurub. Onun Türkiyə çempionatında 386 oyunu idarə edib.

Həmin kateqoriyadan