- Baxış sayı: 29
- 10 Aprel 2025 23:36
- Baxış sayı: 56
- Aprel 10, 2025
- 0
Türkiyəli mütəxəssis Güvənc Qurtar Azərbaycan və Türkiyə çempionları “Qarabağ” və “Beşikdaş” klubları arasında nəzərdə tutulan yoldaşlıq matçına dair fikrini bölüşüb. Allsport.az saytı azerisport.az-a istinadən xəbər verirki, o, həmkarımıza bunu söyləyib:
“Bu komandalar arasındakı yoldaşlıq matçının maraqlı keçəcəyinə əminəm. Çünki hər ikisi ölkəsinin ən güclü təmsilçisidir. Etiraf edim ki, hələ xeyli müddət əvvəl “Beşikdaş” rəsmilərinə “Qarabağ”ın iki futbolçusunu məsləhət görmüşdüm. Bunlar Riçard Almeyda və Bədavi Hüseynovdur. İndi onlar öz gözləri ilə hər şeyi görəcəklər”.