- Baxış sayı: 41
- 14 Dekabr 2025 18:30
- Baxış sayı: 144
- Dekabr 14, 2025
- 0

Avro-2024-ün seçmə mərhələsinin ilk turu çərçivəsində Ermənistan seçməsi Türkiyəni qəbul edib.
Allsport.az xəbər verir ki, gərgin keçən oyunda ilk qol 10-cu dəqiqədə türkiyəli müdafiəçi Ozan Qabağın səhvidən olub (1:0). O, topu uzaqlaşdırmaq istərkən, öz qapısına yollayıb.
Amma rəqibin sevinci çox çəkməyib. 34-cü dəqiqədə Orxun Köyçü hesabda tarazlıq yaradıb.
Təzyiqi artıran qonaqlar 63-cü dəqiqədə Kərəm Ağtürkoğlu ilə önə keçib. Oyunda sonra qol vurulmayıb və “ay-ulduzlular” səfərdə erməniləri məyus ediblər (2:1).