“Turnirin ən yaxşı müdafiəçisi Salibadır”

Fransa millisinin sabiq futbolçusu Vilyam Qallas Avropa çempionatının ən yaxşı mərkəz müdafiəçisini seçib.

Allsport.az xəbər verir ki, fransalı keçmiş futbolçu, turnirin ən yaxşı müdafiəçisinin Vilyam Saliba olduğunu bildirib:

“Turnirin ən yaxşı müdafiəçisi Salibadır. O, İngiltərə Premyer Liqasının ən yaxşı müdafiəçisidir və daha sonra Avropa çempionatında yüksək səviyyəsini qoruya bildi. Hazırda Avropada Salibadan yaxşı müdafiəçi görmürəm. Vilyamda dünyanın ən yaxşısı statusunu qazanmaq üçün hər şey var”.

Həmin kateqoriyadan