“Turnirin qalibi olduğumuz üçün sevinirik”

Azərbaycan komandasının baş məşqçisi Ayxan Abbasov “FİFA Series – 2026” beynəlxalq turnirdə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Syerra Leone yığması ilə keçirilən final oyunundan (1:1, penaltilərlə 9:8) sonra mətbuat konfransında fikrini bildirib.

Allsport.az xəbər verir ki, o, sevindiklərini deyib:

“İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Stadionda gözəl atmosfer var idi. İkinci oyunun ilk matçdan fərqli olacağını bilirdik. Birinci hissədə hücumda istədiyimiz kimi aqressiv ola bilmədik. İkinci hissəyə əvəzləmələrlə başladıq. Fasilədən sonra futbolçuların istəyi daha da artdı. Fanatlar üçün penaltilər seriyası maraqlı alındı. Turnirin qalibi olduğumuz üçün sevinirik. Ancaq oyun göstərdi ki, rəqib güclü olduqca biz də artırmalıyıq. Yayda təşkil olunacaq təlim-məşq toplanışını da faydalı keçirərək millətlər liqasına hazır olmağa çalışacağıq”.

Millimiz turnirdəki ilk oyununda Sent Lüsiya yığması üzərində 6:1 hesablı qələbə qazanıb.

Həmin kateqoriyadan