- Baxış sayı: 28
- 05 Dekabr 2025 18:27
- Baxış sayı: 102
- Dekabr 05, 2025
- 0

Almaniya millisinin yarımmüdafiəçisi Toni Kros Avro-nun 1/4 final mərhələsinin İspaniya ilə oyunu ərəfəsində komandanın turnirdəki çıxışının ilkin nəticələrini dəyərləndirib.
Allsport.az xəbər verir ki, bu barədə o, UEFA-ya açıqlama verib:
“Yaxşı çıxış edib-etməyəcəyimizlə bağlı kifayət qədər böyük şübhələr var idi. Bu baxımdan hesab edirəm ki, turnir artıq uğursuz sayılmayacaq.
Bununla belə, mən və komandam turnirin qalibi olmağı qarşımıza məqsəd qoymuşuq. Buna görə də bundan sonra heç bir şey bonus deyil. Bizim böyük ambisiyalarımız var”.