- Baxış sayı: 14
- 28 Noyabr 2024 10:42
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Azərbaycan premyer liqasında XIII tura start verilib.
Allsport.az xəbər verir ki, açılış matçında “Keşlə” klubu “Səbail”i qəbul edib. “ASK arena”dakı qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Start fitindən öncə “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişmiş hərbçilərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Matçın əvvəli “Keşlə” üçün yaxşı alınmayıb. 14-cü dəqiqədə paytaxt klubunun kapitanı İlkin Qırtımov zədələnərək meydanı tərk edib. Onu digər cinah müdafiəçisi Tural Axundov əvəzləyib.
Oyunda hesab ilk hissənin əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə açılıb. “Keşlə”nin heyətində Felipe Santos penaltidən fərqlənməklə komandasını önə keçirib. Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv ikinci yarıya da qolla başlayıb. 46-cı dəqiqədə Anatol Abanq adını tabloya yazdırıb. Lakin kamerunlu hücumçu 61-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Say üstünlüyündən istifadə edən qonaqlar cəmi 5 dəqiqə sonra Rahid Əmirquliyevin qolu ilə fərqi azaldıblar. Oyunda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Camal Araqo qoyub.
Bu nəticədən sonra xallarını 11-ə çatdıran “Keşlə” 7-ci pillədə qalıb. “Sumqayıt” isə 10 xalla sonuncu – 8-cidir.
Günün 2-ci oyununda “Qarabağ” “Azersun arena”da “Sabah”la qarşılaşacaq.