Tuxel dünya çempionu olmaq istəyir

İngiltərə millisinin yeni baş məşqçisi Tomas Tuxel yığmanın azarkeşləri üçün videomüraciət edib.

Allsport.az xəbər verir ki, almaniyalı mütəxəssis müraciətində əsas hədəfini açıqlayıb: “Hamınıza salam! Bir az həyəcanlıyam, çünki İngiltərə millisinin baş məşqçisi kimi ilk müraciətimdir. İndi Uemblidəyəm, bu da həyəcanlanmaq üçün daha bir səbəbdir. Həyəcanlı olduğum kimi də qürurluyam. Söz verirəm ki, əlimdən gələni edəcəyəm ki, biz ilk növbədə dünya çempionatına vəsiqə qazanaq, sonra isə kuboku qazanaq.”

Tuxel “şirlər”lə 2026-cı ilin yayınadək davam edən müqavilə bağlayıb.

Həmin kateqoriyadan