- Baxış sayı: 47
- 12 Fevral 2026 23:16
- Baxış sayı: 26
- Fevral 12, 2026
- 0

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel yığma ilə müqavilə müddətini 2028-ci ilə qədər uzadacaq. Allsport.az xəbər verir ki, tərəflər artıq razılığa gəliblər və rəsmi açıqlamanın yaxın zamanda veriləcəyi gözlənilir.
Tuxelin adı “Mançester Yunayted”lə hallansa da, o, millidə qalmağa üstünlük verib. 52 yaşlı mütəxəssisin rəhbərliyi altında İngiltərə seçməsi 2026-cı il dünya çempionatının seçmə mərhələsini qapısında qol görmədən qrup lideri kimi tamamlayıb. Əvvəlki müqavilənin müddəti DÇ-2026-dan sonra başa çatmalı idi.