- Baxış sayı: 100
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov klubun üzləşdiyi problemlərdən söz açıb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:
“Bir neçə günə mətbuata “Xəzər Lənkəran”la bağlı açıqlama veriləcək. Bu komandanın stadionu, infrastrukturu var. “Xəzər Lənkəran” borcu olan klublardan deyil ki, vəziyyəti gəzən söz-söhbətlərdəki qədər acınacaqlı olsun. Klubun fəxri prezidenti tanınmış iş adamı Mübariz Mənsimovdur.
O, daim “Xəzər Lənkəran”a dəstək verir. Klubumuz kubokun 1/4 finaılna adlayıb. Yanvarda UEFA tərəfindən tətbiq olunan sanskiya da aradan qaldırılacaq. Transferlər edib, mübarizəmizi davam etdirəcəyəik”.