- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“1:0-dan sonra, “Marsel”in topu saxlayacağını, tempi daha artıracağını düşünürdüm. “Trua” ilə heç-heçəçəyə görə “Qarabağ”la oyunu bəhanə edəcəklər. Deyəcəklər ki, “Qarabağ”la səfərdə çətin oyun keçiriblər, uzun səyahət ediblər”.
Allsport.az saytı xəbər verir ki, bunu Fransa futbolunun canlı əfsanəsi Tyerri Anri, “Marsel”in 1-ci liqanın XXVI turunda səfərdə “Trua” ilə 1:1 etməsinə şərh verərkən deyib. Belçika millisində məşqçi kimi fəaliyyət göstərən 45 yaşlı mütəxəssisin fikrincə, ötən həftə konfrans liqasının 1/16 finalında “Qarabağ”la cavab görüşü üçün Bakı səfəri komandaya fiziki cəhətdən mənfi təsir etməməlidir:
“Ancaq ondan əvvəl yaxınlıqda olan “Mets”ə (1:2), daha sonra “Klermon”a (0:2) uduzmuşdular. Düzdür, “Trua”nın çox imkanları olmadı, ancaq “Marsel”dən daha çox şey gözləyirdim”.