- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
U-19 milllimiz Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə yanvarın 19-dan 31-dək Antalyada təlim-məşqdə olacaq. Allsport.az saytı xəbər verir ki, hazırlıq zamanı 4 yoxlama oyunu keçirəcək yığmamız ayın 21-də, 24-də, 27-də və 30-da müvafiq olaraq “Krasnodar-3” (Rusiya), Küveyt U-19, “Tromso” (Norveç) və “Dinamo-2” (Rusiya) komandaları ilə qarşılaşacaq. Toplanışa dəvət olunmuş futbolçular bunlardır:
Sərhad Daşdəmir (“Fylde”, İngiltərə), Kamran Quliyev (“Yonova”, Litva), Musa Qurbanlı, Nicat Mehbaliyev, İbrahim Hüseynov, Zamiq Əliyev, Rauf Hüseynli, Tural Bayramov (hamısı – “Qarabağ”), Elvin Talıbov (“Qarabağ” F), Xəyal Muradov, Rüstəm Nuriyev, Vüsal Məsimov, İdris İnqilablı, Samir Qurbanov (“Qəbələ”), Nail Alışov, Turan Vəlizadə, Vüsal Əsgərov, Ismayıl Zülfüqarlı (“Neftçi”), Şakir Seyidov (“Sabah”), Murad Məmmədov (“Səbail”), Ruslan Qəribov (“Sokol”, Saratov), Elnur İbrahimov (“Spartak-2”, Moskva), Rüstəm Samuqullin (“Stroqino”, Moskva, hamısı – Rusiya), Rüfət Abdullazadə (“Sumqayıt”).