- Baxış sayı: 34
- 04 Fevral 2026 23:39
- Baxış sayı: 152
- Fevral 04, 2026
- 0
FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə 19-cu ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisi son oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, komandamız 9-cu yer uğrunda Belarus komandası ilə qarşılaşıb.
Peterburqski İdman-Konsert Kompleksində baş tutan görüş 1:1 hesabı ilə başa çatdığı üçün, qalib 11-metrlik zərbələr ilə müəyyənləşib. Burada daha dəqiq olan futbolçularımız 5:4 (ümumi nəticə: 6:5) hesabı ilə qalib gəliblər. 20 yanvar – Ümumxalq hüzn günü ilə əlaqədar yığmamızın futbolçuları meydana qara sarğı ilə çıxıb.