- Baxış sayı: 27
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0
Bakıda təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.
Allsport.az xəbər verir ki, “Dalğa Arena”da Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət kollektivinə qarşı keçirilmiş görüş 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Millimizin heyətində 49-cu dəqiqədə Sənan Ağalarov fərqlənib.
Bu komandalar arasında keçirilmiş ilk oyun 0:0 hesabı ilə nəticələnmişdi.