- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Ötən ilin sonundan etibarən AFFA gənc futbolçuların hazırlanmasında intensiv idman məşqlərindən savayı, onların dolğun həyat sahibi olmaq, hər bir məsələyə yaradıcı və yenilikçi yanaşmaq, başqa mədəniyyətlərin fərqini duymaq və anlamaq kimi keyfiyyətləri aşılamaq üçün U-19 milli ilə xüsusi məşğələlərə başlayıb.
Allsport.az saytı xəbər verir ki, ilboyu oyunçular müxtəlif mədəni tədbirləri ziyarət edəcək, xarici səfərlər zamanı topladığı təəssüratları müzakirə edəcək və elektron vasitələrlə onları izləyənlərlə bölüşəcəklər. Bu istiqamətdə ilk tədbir Şirvanşahlar sarayında keçirilən “Şirvanşahlar irsi dünya muzeylərində” adlı sərgi ilə tanışlıq olub.
Türkiyə və Gürcüstandan qısa müddətlik gətirilən və Azərbaycanda ilk dəfə təqdim olunan nadir tarixi eksponatlar, sərginin ən müasir texniki vasitələrlə müşayiət olunması futbolçular tərəfindən böyük maraqla qarşılanıb.
Gənclər sərgidə onlara ən maraqlı və qeyri-adi görünən eksponatların (özləri çəkdikləri) fotolarını internetdə yerləşdirməyə qərar veriblər.