- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
AFFA-nın baş katibi Elxan Məmmədov “Dalğa arena”nın ərazisində yerləşən milli komandaların məşq mərkəzində U-19 komandası ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, əsas və U-21 yığmaların baş məşqçiləri Qurban Qurbanov və Rəşad Sadıqov da görüşdə iştirak ediblər.
Baş katib çıxış edərək Avropa çempionatının seçmə mərhələsində U-19-a uğurlar arzulayıb, müvafiq tövsiyələrini verib. Komandanın baş məşqçisi Vüqar Məmməd göstərilən diqqətə görə, minnətdarlığını bildirib, seçmə mərhələdə uğur qazanmağa çalışacaqlarını deyib.
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız 1-ci qrupda mübarizə aparacaq. Futbolçularımız noyabrın 14-də İsrail, 3 gün sonra Gürcüstan, noyabrın 20-də isə Lixtenşteyn yığması ilə qarşılaşacaq. Bu qrupun oyunları Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq.