- Baxış sayı: 40
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 130
- Fevral 06, 2026
- 0

Avropa liqasının 1/16 finalının ilk oyunlarından sonra UEFA yeni reytinqi açıqlanıb. Allsport.az saytı xəbər verir ki, keçirilən 20 görüş bizim mövqeyə təsir etməyib.
Azərbaycan 19.000 xalla 26-cıdır. Yalnız 3 ölkədə yerdəyişmə olub. Klubları uğurla çıxış edən Çex Respublikası 2 addım irəliləyərək 14-cü pilləyə yüksəlib.
Danimarka və İsveçrə 1 addım geriləyərək müvafiq olaraq, 15, 16-cı yerlərə düşüb. Siyahıya yenə İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdür.