- Baxış sayı: 18
- 10 Aprel 2025 22:25
- Baxış sayı: 28
- Aprel 10, 2025
- 0
Əgər Rusiya və İngiltərə azarkeşləri arasında yenidən toqquşma baş versə, bu ölkələrin komandaları Avropa çempionatından kənarlaşdırıla bilər. Allsport.az saytı xəbər verir ki, UEFA belə bir bəyanatla çıxış edib. Bundan əvvəlki dava-dalaşa görə təşkilatın Rusiya Futbol İttifaqına sanksiya tətbiq edib-etməyəcəyi sabah – Slovakiya ilə oyun ərəfəsində məlum olacaq.
Xatırladaq ki, rus və ingilis fanatlar arasında insident komandaların iyunun 11-də keçirilən görüşü ərəfəsində Marseldə baş verib. Oyundan sonra da davam edən toqquşma bir neçəsi ağır olmaqla, ümumilikdə 35 nəfərin xəsarət alması ilə nəticələnib.
Bir ingilis fanatının öldüyü deyilir. Yaralananlar arasında 5 rusiyalının olduğu bildirilir. Polis rusiyalı azarkeşlərin qaldığı oteldə reyd keçirib. Onların sənədləri yoxlanılıb, fotoşəkilləri çəkilib. Qeyd edək ki, bu milli komandalar dünya və Avropa çempionatlarının seçmə qrup mərhələlərində “ay-ulduzlular”ımıza rəqib olublar.