- Baxış sayı: 4
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 114
- Noyabr 28, 2024
- 0
Avro-2020 çərçivəsində Bakı olimpiya stadionunda Çex Respublikası – Danimarka komandaları arasında 1/4 final görüşü zamanı, stüardlar müvəqqəti olaraq skandinaviyalı azarkeşdən LQBT cəmiyyətinin simvolunu alıblar. Allsport.az saytı xəbər verir ki, UEFA, göy qurşağı bayrağını öz dəyərlərinin rəmzi adlandırıb.
Ali qurum nə Bakıda, nə də Avropa çempionatına ev sahibliyi edən digər şəhərlərdə keçirilən matçlarda LQBT bayraqlarının müsadirə edilməsi barədə təlimat verməyib. Göy qurşağı bayrağı UEFA-nın təməl dəyərlərini təcəssüm etdirir.
İlkin məlumata görə, həmin şəxs sərxoş olub. Matçın bir neçə tamaşaçısı ilə onun arasında münaqişə yaranıb. Xidmət heyəti müdaxilə ediblər, lakin danimarkalıların azarkeşinin “vəziyyətinə baxmayaraq” stadionda qalmasına icazə veriblər və sonra bayrağı ona qaytarıblar. Bu bilgi “Fans Europe tərəfindən təsdiqlənib. Futbol azarkeşləri birliyi UEFA qaydalarının kobud şəkildə pozulduğunu bildirib.