- Baxış sayı: 35
- 29 Mart 2026 14:51
- Baxış sayı: 118
- Mart 29, 2026
- 0

Allsport.az xəbər verir ki, UEFA çempionlar liqasının 2022/2023 mövsümünün finalını İstanbuldan almaq fikrində olmadığını açıqlayıb.
“2023 çempionlar liqasının finalı iyunun 10-da planlaşdırıldığı kimi, İstanbulda baş tutacaq. UEFA məkanın mümkün yerdəyişməsi ilə bağlı heç bir siyasi qurum, hökumət və ya milli futbol assosiasiyaları ilə heç bir danışıqlar aparmır” – deyə UEFA-nın jurnalisti Rob Harris Tvitter hesabında yazıb.
Daha əvvəl mətbuatda UEFA-nın Türkiyədə may ayında keçiriləcək prezident seçkiləri ilə əlaqədar çempionlar liqasının finalına ev sahibliyini İstanbuldan almaq istədiyi haqda məlumatlar yayılmışdı. Şayiələrə görə, UEFA finalı Lissabona həvalə etmək niyyətində olub.