- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycanı avrokuboklarda təmsil etmiş klubların hesabına UEFA tərəfindən pul köçürülüb. Allsport.az saytı xəbər verir ki, vəsait “Qarabağ”, “Neftçi”, “Qəbələ” və “Keşlə”yə çatıb. Klub yarışlarının keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna və 2018/19-cu il mövsümünün qaydalarına uyğun olaraq, UEFA tərəfindən ayrılmış vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada klubların hesabına köçürülüb:
Çempionlar liqası:
Qarabağ – 1.140.000 avro
Avropa liqası:
Keşlə – 240.000 avro
Neftçi – 240.000 avro
Qəbələ – 240.000 avro
Qeyd: UEFA klub yarışlarının keçirilməsi komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, ümumi kommersiya gəlirinin izafi olması nəzərə alınmaqla birbaşa sabit məbləğin faizinə əsasən, Avropa liqasının təsnifat mərhələsində iştirak etmiş “Keşlə” (sabiq “İnter”) klubu üçün ayrılmış 25.010 avro vəsait 2017-ci ildə “İnter” klubunun borcları AFFA tərəfindən ödənildiyi üçün bu təşkilatın balansında saxlanılır.