- Baxış sayı: 29
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Boulevard Hotel”də “UEFA GROW” əməkdaşlıq proqramı çərçivəsində brend və kommersiya mövzularında seminarlar keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə UEFA tərəfdən milli assosiasiyalar departamentinin əməkdaşları Manuel Ruess və Oleksandr Kucheriavyi, “RRD Creative” şirkətindən brend üzrə konsultant Alena Kavanagh və “Sport Matters”in kommersiya üzrə konsultant Tom Liston, AFFA tərəfdən isə marketinq və sponsorluq departamentinin əməkdaşları iştirak ediblər.
İlk gün brend üzrə seminarda AFFA-nın brend mövqelənməsi strategiyası və yeni hazırlanmış brend qaydaları nəzərdən keçirilib, gün ərzində müvafiq olaraq AFFA, milli komandalar, qadın futbolu, uşaq və gənclər arası yarışmalar və kütləvi futbol üzrə brend icra planları hazırlanıb. İkinci gün keçirilmiş kommesiya üzrə seminarda isə AFFA-nın hazırkı kommersiya strategiyası və sponsorluq, merçendayzinq, oyun günü gəlirləri nəzərdən keçirilib, daha uzunmüddətli kommersiya strategiyası hazırlanması və alternativ gəlir mənbələri ilə bağlı müzakirələr aparılıb.
UEFA milli assosiasiyalar departamentinin biznesin inkişafı koordinatoru Manuel Ruess seminarlarla bağlı fikirlərini bildirib: “AFFA “UEFA GROW”nun ilk üzvlərindəndir və 2015-ci ildən çox sıx əməkdaşlıq edirik. “UEFA GROW” çərçivəsində AFFA ölkə üzrə futbol oynayan insanların sayınının artırılmasından tutmuş azarkeşlərlə əlaqələrin qurulmasına və oyunun imicinin yaxşılaşdırılmasına qədər bir çox pozitiv nəticələr əldə edib. AFFA ilə “UEFA GROW” arasında uğurlu əməkdaşlığın gələcək addımlarını gözləyirik. Birlikdə Azərbaycanda futbolun sistematik və strateji bir şəkildə inkişaf etməsinə çalışırıq”.
Qeyd edək ki, AFFA 2015-ci ildən tətbiq edilməyə başlamış “UEFA GROW” əməkdaşlıq proqramının ilk 6 üzvündən biridir. Hazırda “UEFA GROW” əməkdaşlıq proqramı UEFA-ya üzv olan 55 milli assosiasiyadan 40-dan çoxunda tətbiq edilir. Proqram çərçivəsində milli assosiasiyalara 9 müxtəlif sahə üzrə dəstək göstərilir.