- Baxış sayı: 33
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 146
- Noyabr 28, 2024
- 0
UEFA AFFA-nın müraciətinə əsasən Avropa liqasının pley-off mərhələsinin “Legiya” – “Qarabağ” oyununa xüsusi olaraq təhlükəsizlik üzrə nümayəndə təyin edib. Allsport.az xəbər verir ki, bu barədə AFFA-nın saytında yayılan açıqmada bildirilir:
“Son günlər Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətlər nəzərə alınaraq, AFFA “Legiya” – “Qarabağ” oyunu ilə əlaqədar UEFA-ya müraciət ünvanlanmışdı. Müraciətdə UEFA Avropa liqası turnirinin qrup mərhələsində 2019-cu il oktyabrın 3-də Lüksemburqda keçirilmiş “Düdelanj” – “Qarabağ” oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılıb. Bildirilib ki, “Legiya” – “Qarabağ” oyununda ermənilər tərəfindən siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA tərəfindən qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşılması vacibdir”.