- Baxış sayı: 31
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

Fevralın 25-də UEFA icraiyyə komitəsinin təcili iclası olacaq.
Allsport.az saytı xəbər verir ki, toplantı Rusiya və Ukrayna arasında başlanan hərbi münaqişəyə görə prezident Aleksandr Çeferin tərəfindən çağırılıb.
Yığıncaqda bölgədə futbolla bağlı durum qiymətləndirilərək gələcək addımlar müəyyənləşdiriləcək.
Bu arada yayılan xəbərə görə, UEFA vəziyyətlə əlaqədar çempionlar liqasının finalına ev sahibliyini Sankt-Peterburqdan alıb.